Seneqal fransalı hərbçilərlə vidalaşdı | VİDEO

   Seneqal fransalı hərbçilərlə vidalaşdı    | VİDEO
  17 İyul 2025    Oxunub:646
65 illik mövcudluğundan sonra Fransa Seneqaldakı son iki hərbi bazasındakı bütün hərbi kontingentini çıxarıb.
AzVision.az xəbər verir ki, “Agence France-Presse (AFP)” agentliyi belə xəbər yayıb.

“Fransanın Seneqaldakı son iki hərbi obyekti cümə axşamı Fransa ordusunun ölkədə daimi mövcudluğunun başa çatması münasibətilə keçirilən mərasimdə bu ölkənin hakimiyyətinin nəzarətinə qaytarıldı”, - məlumatda vurğulanır.

Agentlik, həmçinin bütün Qərbi və Mərkəzi Afrikada Fransanın hərbi mövcudluğuna xitam verildiyinə diqqət çəkib.

Xatırladaq ki, keçmişdə keçmiş Fransanın müstəmləkəsi olmuş Seneqalın prezidenti Bassiru Diomay Fay 2024-cü il noyabrın sonlarında ölkənin suverenliyi anlayışının Fransanın Seneqal ərazisində hərbi bazalarının olması ilə bir araya sığmadığını açıqladı.

- Ölkə Fransa ordusunun Seneqal hərbçilərinə qarşı 80 il əvvəl törətdiyi hərbi cinayətlərə görə Fransa tərəfindən rəsmi üzr istəmək hüququna malikdir”, - Seneqal prezidenti Fransanın müstəmləkəçilik siyasətinin bir çox xalqlara hansı faciələr bahasına başa gəldiyinə işarə edib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fransa   Seneqal   çıxış  



Xəbər lenti